Sosial məsuliyyət

Korporativ Sosial Məsuliyyət və Sosial marketinq konsepsiyaları "Gilan Holdinq" fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

image description

Hər bir nüfuzlu və təqdim etdiyi məhsulların istehlakçının sağlamlığına xidmət etməsini düşünən müəssisələrdə olduğu kimi "Gilan Holdinq"-də Korporativ Sosial Məsuliyyət (KSM) öhdəliyi mühüm şərtlərdən biri kimi müəyyən edilmişdir. Məhz bu prizmadan tikinti, turizm və sənaye sahələri sahəsində lider olmaq yolunu qarşısına məqsəd qoyan "Gilan Holdinq"-a daxil olan zavodların təməl prinsipi “Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək”-dir.

Şirkət təkcə insanları yüksək standartlara cavab verən məhsulla təmin etmir, həm də Korporativ Sosial Məsuliyyət öhdəliyi olaraq hər bir yeni layihəsi ilə xeyli sayda iş yerləri yaradır və ölkə üzrə işsizliyin azalmasında iştirak edir. "Gilan Holdinq" başlıca prınsiplərdən biri məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu isə öz növbəsində, kənd təsərrüfatını və yerli biznesin inkişafını stimullaşdırır. "Gilan Holdinq" ictimayyətə qarşı münasibəti, qarşısına qoyduğu missiya ilə bərabər öz işçi heyətinin iş və həyat şəraitini yaxşılaşdırmaq, imkanlarından maksimum yararlanmaqla fəaliyyət göstərdiyi cəmiyyətə fayda vermək və iqtisadi inkişafı təşviq etmək kimi sosial öhdəlikləri nəzərdə tutur.


Dünyanın bir çox aparıcı şirkətlərində olduğu kimi işçi heyəti – bizim ən vacib resursumuzdur. "Gilan Holdinq" elə bir işçi mühiti formlaşdırmışdır ki, həmin mühit yüksək ixtisaslı mütəxəssisləri özünə cəlb edərək, onların motivasiyasını artırır və davamalı olaraq inkişaf etdirir. Şirkətin işçi mühiti münaqişədən kənar siyasətin formalaşdırdığı işçi hüquqları, sağlamlıq və təhlükəsizlik, karyera imkanları, yüksək etik normalar və peşəkarlığı stimullaşdıran mexanizmlə idarə olunur. Bu da təbii ki, Korporativ Sosial Məsuliyyət fəaliyyətinin düzgün inkişaf istiqamətində olduğunu göstərir.

"Gilan Holdinq" öz işçilərininin həyatını yaxşılaşdırmağa yönəlmiş dəyərlər yaradacaq iş mühitini formalaşdırmaq məsuliyyətini özünün sosial öhdəliyi olaraq qəbul etmişdir. Şirkət onun ofislərində çalışmaq üçün bacarığı olan, yaşından, cinsindən, dini baxışlarından, ailə statusundan və təhsilindən asılı olmayaraq ölkə Konstutisiyasında təsbit edilmiş bütün vətəndaşların bərabər işçi hüquqlarını və sosial öhdəlik və məsuliyyətlərinə hörmətlə yanaşır.

Kollektivin böyük bir hissəsi, məsuliyyətli, mehriban, effektli nəticə, yüksək iş bacarığına malik olan ixtisaslaşdırılmış peşəkar işçilərdən təşkil edilmişdir. "Gilan Holdinq" müvəffəqiyyəti və səmərəliliyi işçilərin uğurlu əməyi nəticəsində qurulmuşdur. Təşkilatın uğurlu inkişafı, yüksək səviyyəli işçilərin fəaliyyətindən bilavasitə asılıdır. "Gilan Holdinq" istehsal prosesi zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçi həyatının təhlükəsizliyini və rahatlığını hər an nəzarətdə saxlamaqla Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Kodeksinə ciddi əməl edir.

Biz öz işimizdə aşağıdakı şərtlərə əməl edirik:

  • İşçinin şəxsiyyətinə hörmətlə yanaşır;
  • Bütün problemləri açıq müzakirə edərək, vahid fikirə gəlir;
  • İşçilərin şirkətin maraqları çərçivəsində təlimatlandırılması üçün təşəbbüs göstərir;
  • Hər bir işçinin ümümi işə qoyduğu əməyi layiqincə qiymətləndiririk.

"Gilan Holdinq" KSM öhdəliyinin bir hissəsi kimi müəyyən edilən ətraf mühitə maksimum ziyan vurmadan fəaliyyət göstərmək elementinə xüsusi diqqət yetirir. Şirkət ətraf mühitlə bağlı siyasətini və sosial məsuliyyətini öz işçiləri, əməkdaşlıq etdiyi şirkətlər və müştəriləri arasında da təbliğ edir. "Gilan Holdinq" öz istehsal fəaliyyətini təbii resursların istifadəsini minimuma endirən şəraitdə qurur. "Gilan Holdinq" ekoloji təmiz və saf məhsulların istehsal prosesində tətbiq etdiyi standart, normalar və Korporativ Sosial Məsuliyyət sayəsində ictimayyətdə müsbət rəy yaratmağa nail olmuşdur. Bu kimi fəaliyyət növü özünü istənilən sahədə göstərməkdə davam edir. Bununla da "Gilan Holdinq" öz məhsullarının cəmiyyət üçün faydalı olduğunu bir daha sübut edir.