Libraff

İyunun 8-də “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “LİBRAFF Park Akademiya” kitab mağazasının açılmasının Azərbaycanda kitab ticarətinin inkişaf etdirməklə bərabər, ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıdığını bildirib.