Fəlsəfəmiz

"Gilan Holdinq" olaraq inşaat, turizm, sənaye sahələri üzrə məhsullarımızın çeşidini və fəaliyyət istiqamətlərini artırırıq.

Hər bir sahə üzrə istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. İnanırıq ki, yeni texnologiyalar əsasında hazırlanan Azərbaycan məhsulu dünya bazarında birincilik qazanacaqdır.

Missiyamız

  • İnşaat, turizm və sənaye sahələri üzrə dünya liderlərindən olmaqdır.

Məqsədimiz

  • Azərbaycan məhsullarının istesalını və dünya bazarında çıxarılmasını təmin etməkdir.

Əsas hədəflər

  • İstehsal imkanlarının daha da genişləndirilməsi;
  • Dünya bazarında layiqli yerlərdən birini tutmaq;
  • Çeşidlərin müxtəlifliyini artırmaq və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;
  • Keyfiyyətə nəzarətin artırılması və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;
  • İstehsal fəaliyyətində yeniliklərin tətbiq olunması;
  • Digər ölkələrdə fəaliyyət göstərmək üçün yeni imkanların araşdırılması.

Uğur prinsiplərimiz

  • Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;
  • Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;
  • Ölkədə və dünya bazarında müxtəlif istiqamətlər üzrə nüfuz qazanmaq.

Dəyərlərimiz

  • Peşəkarlıq. Məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;
  • Keyfiyyət. Biz istehsal, sağlamlıq və keyfiyyət göstəricisiyik;
  • Zəmanət. Biz məhsullarımıza öz adımızla zəmanət veririk.