INSPECTION DEVELOPMENT MONITORING haqqında

XÜLASƏ

IDM Yoxlama İnkişaf və Monitorinq kimi açıqlanır. Biz inkişaf layihələrini beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq idarə edirik və işin effektivliyi, şəffaflığı və həqiqiliyini təmin etmək prispinə əsaslanaraq fəaliyyət göstəririk. Məqsədimiz sifarişçilərə mükəmməl və tam şəkildə inkişaf nəticələrinin çatdırılmasını təmin etmək və tikinti bazarında davamlı müştəri xidmətlərini yaratmaqdır.

Hal-hazırda, IDM tikinti sektoru çərçivəsində aşağıdakı əsas xidmətləri təklif edir:

Yoxlama

Təhvil verilmiş tikinti layihələrin yoxlanılması, texniki keyfiyyətin klassifikasiyası, maliyyə effektivliyi, gəlirlilik və qiymətləndirilmə.

İnkişaf

Müqavilə və tender menecmenti daxil olmaqa, tikintinin tam şəkildə təhvil verilməsi, daxili interyer və layihələrin yenidən inkişafı, proses və xərclərə nazarət, layihənin dizaynı və tikintinin planlaşdırılması.

Monitorinq

Mövcud tikinti layihələrinin monitorinqi, ərazidə təhlükəsizliyin təmin olunması, texniki keyfiyyətin qiymətləndirilməsi, maliyyə yararlılığı və prosesin idarə olunması.

Bundan əlavə, IDM tikinti ərazisində reklam, texniki-iqtisadi əsaslandırmanın analizi və qiymətləndirilməsi kimi tikinti ilə əlaqəli konsaltinq xidmətlərinin göstərilməsini, tənzimlənən hüquqi konsaltinq və tikinti bazarına uyğun olan biznesə vasitəçilik və asanlaşdırma, həmçinin rekonstruksiya, dizayn və təmir və texniki xidmət üzrə plan kimi xidmətləri təklif edir.