Agro-Azərinvest haqqında

XÜLASƏ

"Aqro-Azərinvest" şirkəti 2004-cü ildə Azərbaycanın Qəbələ rayonunda təsis edilmişdir. Onun məqsədi şərab istehsalında böyük şöhrət qazanmış Azərbaycanın keçmiş üzüm bağlarını bərpa etməkdir. İstehsal prosesi üzrə fəaliyyət yeni üzüm bağlarının salınmasından, bu bağların təbliğindən başlayaraq, üzümün emalı, istehsalı və müəyyən edilən şərab növünün bazara çıxarılmasına kimi tam qaydada yerli şəraitdə həyata keçirilir.

2004-2007-ci illər ərzində şirkət Gürcüstan (Saperavi, Rkasiteli, Mtsvane, Alexanderauli), Fransa (Caberne, Sauvignon, Caberne Franc, Pinot Noir) və digər ölkələrdən üzüm və ən son texnologiya avadanlıqları, Özbəkistandan müxtəlif üzüm sortları, o cümlədən ağ kişmiş və çəhrayı Tayfun üzüm növləri idxal edib. "Aqro-Azərinvest", həmçinin Göygöl, Samux, Tovuz, Yevlax, Qəbələ və Lənkəran kimi Azərbaycanın ənənəvi üzüm becərilən rayonlarında yeni üzüm bağları salmağı davam etdirir.

Üzüm növlərinin təqdim olunması

Fransadan (Merlot, Chardonnay, Alicante, Verdo, Marselan, Sultanin, Danita, Carignan and Prima) gətirilən növlər daxil olmaqla, şirkət 2 hektar sahədə 100-dən çox üzüm növü əkməklə eksperiment həyata keçirmişdir. "Aqro-Azərinvest" həmçinin Krımın "Maqaraç" Üzüm və Şərab İnstitutu tərəfindən tövsiyə olunan Muskat, Karaburnu, Krım Mirvarisi, Maqaraç Sitronu, Kardinal, Rislinq, Krasen və s. kimi üzüm sortları becərir. ABŞ, İran, İtaliya və digər ölkələrdə olan üzüm sortlarından da yetişdirilir.

"Aqro-Azərinvest" milli şərabın təbliği və şərab mütəxəssisləri şəbəkəsi yaratmaq məqsədilə xüsusi təlim proqramı işləyib hazırlamışdır. Şirkət Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetilə birgə kollec kursu təşkil etmişdir. Məzunlar şərab istehsalı prosesində öz biliklərini inkişaf etdirmək üçün həmin cəmiyyətə qoşulurlar.

Qlobal əməkdaşlıq

"Aqro-Azərinvest" şirkəti üzümçülük üzrə xarici sahibkarlarla və şərab istehsalçıları ilə yaxından əməkdaşlıq edir. Fransanın Gontard Freres şirkətinin mütəxəssisləri mütəmadi qaydada üzüm plantasiyalarında olur, sahələrdə monitorinqlər keçirir, torpaqdan analiz götürür və inkişaf prosesi barədə məsləhətlər verirlər.

Cəmiyyət öz şərablarının keyfiyyətini beynəlxalq standartların tələbləri səviyyəsinə çatdırmaq üçün Fransanın "Mouris Enologiya" laboratoriyası və Krımın "Maqaraç" Üzüm və Şərab Milli İnstitutu ilə sıx əməkdaşlıq edir. "Aqro-Azərinvest" şirkəti İtaliyanın Vivai Cooperativi Rauscedo (VCR) şirkəti ilə üzün müddətli müqavilə bağlamışdır.

  • Təsis edilmişdir: 2004;
  • Əsas üzüm növləri: Fransız – Cabernet Sauvignon, Cabernet Franc, Pinot Noir;
  • Gürcü: Saperavi, Rkasiteli, Mtsvane, Alexanderauli;
  • Sahə: 2000 hektar;
  • Üzümçülük plantasiyaları: Qəbələ, Göygöl, Samux, Tovuz, Yevlax, Lənkəran;
  • Sertifikasiya: EN ISO 9001; HACCP TS -13001.

"Aqro-Azərinvest" şirkəti həmçinin ilkin olaraq ixrac üçün nəzərdə tutulan yüksək keyfiyyətli şərab və brendi daxil olmaqla, üzümdən alınan içkilərin istehsalını həyata keçirir. Təzə üzüm məhsullarının becərilməsi və bazara çıxarılması ilə yanaşı, brend alkoqol malları da istehsal olunur.