Gilan Çay istehsalı haqqında

XÜLASƏ

2010-cu ildə əsası qoyulan "Gilan" çay fabriki çayın istehsalı, emalı və satışı üzrə ixtisaslaşmışdır. Lənkəran rayonunun Sütəmurdov kəndi yaxınlığında 1 hektar sahədə yerləşən və yenicə tikilmiş "Gilan" çay fabriki gün ərzində ümumilikdə üç ton istehsal həcminə malikdir. Müvafiq məqsəd üzrə inşa edilmiş müəssisənin açılışı 2010-cu ildə həyata keçirilmişdir və müəssisə Çin, Yunanıstan, Tayvan və Türkiyədən gətirilən çay emalı və istehsalı üzrə avadanlıqlarla təchiz edilmişdir.

Müəssisədə üç əsas bölmə var:

  • İlkin emal;
  • Seçmə;
  • Qablaşdırma.

İlkin emal bölməsi gün ərzində 3000 kq çay yarpağı emalı və qablaşdırma bölməsi yarım gün ərzində 5000 kq çay qablaşdırılması potensialına malikdir. Azərbaycanda davamlı çay sənayesi yaratmaq məqsədilə "Gilan" şirkəti Lənkəranda 16 hektar, Astarada isə 7.5 hektar əvvəlki çay plantasiyasını almış və yenidən bərpa etmişdir. Hər iki sahə yeni emal avadanlıqları ilə təchiz ediləcək. Birinci "Gilan" çay fabriki şitilləri 2011-ci ildə əkilmişdir. "Gilan" şirkəti yerli bazar üçün bir çox çay məhsulları istehsal edir.

İstehsal olunan üç məhsul növü bunlardır:

  • "Lənkəran" çay - 100qr;
  • "İmperial" çay - 100qr;
  • "Lənkəran" çay - 2qr (çay paketləri).

Şirkət həmçinin xarici bazarlara ixrac üçün bir sıra çay məhsulları istehsalını həyata keçirir.