Gilan Tekstil parkı haqqında

XÜLASƏ

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir.

Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamliğına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

20 hektar ərazidə tikilən "Gilan" Tekstil Parka parça toxuma, boyama və tikiş fabriklərindən ibarət yüngül sənaye müəssisələri daxildir. Qeyd edildi ki, ümumi sahəsi 7 min kvadratmetr olan parça toxuma fabriki üç əsas istehsal və köməkçi sexlərdən ibarətdir.

Bildirildi ki, fabrik pambığı xammaldan hazır məhsula çevirmək üçün müasir tələblərə tam cavab verir. Avropa istehsalı olan dəzgahlarla təchiz olunan fabrik geniş çeşiddə və yüksək keyfiyyətli parça istehsalına imkan verəcəkdir. Fabrikdə 100 faiz pambıqdan və həmçinin pambıq - polyester qarışığından ibarət məhsullar istehsal edilir. Müəssisədə nəmliyin qorunub saxlaması xüsusi havalandırma sistemi ilə həyat keçirilir.

Qeyd edildi ki, boyama prosesində Almaniyadan idxal olunan boyalardan istifadə edilir. Bu boyalar insan orqanizmi üçün zərərsizdir. Burada, həmçinin parçaların yuyulması, ağardılması və qurudulması da həyata keçirilir. Bir sözlə, fabrikdə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli parça istehsalına imkan verir. Hazır məhsulların daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulmuşdur. Artıq İtaliya, Rusiya və Ukrayna ilə ilkin razılaşmalar əldə olunmuşdur. İstehsal olunan parçaların bir hissəsi parkın tərkibində inşa edilmiş modern tikiş fabrikində istehsala yönəldilmişdir.

Fabrikdə yorğan istehsalı üçün ayrıca xətt yaradılmışdır. Bu xətt ayda 18 min yorğan istehsal etmək gücünə malikdir. Yüksək səviyyəli texnoloji avadanlıqlarla hazırlanan məhsulların keyfiyyətinə zəmanət verilir. Yataq dəsti istehsal xətti də tam avtomatlaşdırılmışdır. 6 min kvadratmetr olan tikiş fabriki ən son texnoloji avadanlıqla təchiz edilmişdir. Fabrikdə ayda şərti olaraq 50 min kişi, qadın və uşaq üst geyimləri, NATO standartlarına uyğun hərbi və xüsusi geyimlər istehsal olunur.