Pullman Baku kompleksi haqqında

XÜLASƏ

Gilan Holdinq Bakının Badamdar ərazisində Badamdar Kompleksində yerləşən Pullman Baku açmaq üçün dünya şöhrətli otel qrupu KEMPİNSKİ AG ilə əməkdaşlıq etmişdir.

14 mərtəbəli oteldə 283 zövqlə tərtib olunmuş otaq və süitalar mövcuddur. Burada bir sıra restoran və bar, əlavə olaraq rəqs zalı, konfrans avadanlıqları, bir aqua park fəaliyyət göstərir. Otelin restoranlarında müştərilər həm Azərbaycanın milli yeməklərindən, həm də dünya mətbəxinin fərqləndirici təamlarından zövq alacaqları 200 nəfərlik Gourmet restoranı, həmçinin bufet tərzi menyu şəklində xidmət göstərən 160 nəfərlik otelin əsas restoranı daxildir.

Badamdar, eyni zamanda, müasir, çağdaş mühitdə yüngül yeməklərdən zövq almaq istəyən qonaqları və daimi müştəriləri iaşə xidməti ilə təmin edir. Oteldə içki çeşidi, yüngül qida, tort, pirojna və çay təklif edən lobbi bar, kafe və istirahət otağı fəaliyyət göstərir. 50-si istirahət otağı və kafe, 15-i isə barda olmaqla, lobbi bar, kafe və istirahət otağında cəmi təxminən 65 nəfərlik yer mövcuddur. Oteldə, eyni zamanda, şəhər mənzərəsini seyr etmək istəyən qonaqlar üçün ən yuxarı mərtəbəsində içki, yüngül qida xidməti göstərən terras bar, aqua parkda yerləşən hovuz bar və kafe bar də fəaliyyət göstərir.

Kompleksdə məxfiliyini saxlamaq istəyən qonaqlar üçün yüksək səviyyədə xidmət göstərilən, dizaynerlər tərəfindən zövqlə bəzədilmiş interyerə malik 37 mənzil də mövcuddur. İki və üç yataq otağı olan mənzillərin sahəsi avadanlıqlar və mətbəx də daxil olmaqla, ümumilikdə, 80-200 m2 arasında dəyişir.

Otelin təklif etdiyi dəbdəbəli avadanlıqlardan başqa, Badamdar Kompleksində sahəsi 5000m2 olan dörd mərtəbəli əyləncə və pərakəndə satış mərkəzi var. Bu mərkəzin bir mərtəbəsi restoran və barlar üçün, habelə boulinq, bilyard və buzda konkisürmə meydançası da daxil olan istirahət təsislərinə, qalan üç mərtəbəsi isə əyləncə və pərakəndə satış mərkəzinə ayrılıb.

"Pullman Baku" həm istirahət məqsədilə, həm də işgüzar səyahət üçün gələn qonaqlar üçün mükəmməl yerdir.

Otel:

  • 14 mərtəbə
  • 283 otaq

Qonaq otağındakı avadanlıqlar:

  • Kondisioner
  • Seyf
  • Kiçik bar
  • Eyvanlar
  • Birbaşa yığılan telefon
  • İstəyə uyğun video
  • Peyk televiziyası
  • ISDN internetə giriş
  • Pulsuz simsiz internet

Restoranlar və barlar:

  • Üç restoran
  • Terras bar
  • Hovuz bar/kafe

Konfrans və banket təsisləri:

  • Rəqs zalı– 700-nəfərlik tutum (üç hissəyə bölünə bilən)
  • Toplantı salonu– 450-nəfərlik auditoriya üçün
  • Müasir texnologiya ilə təchiz olunmuş 15 yığıncaq otağı (15-35 nəfər arası yerləşdirmə)

Spa – Sağlamlıq və Fitnes Mərkəzi:

  • 3 500m² spa sahəsi
  • Böyük ölçülü qapalı üzgüçülük hovuzu
  • Gözəllik müalicəsi və masajı
  • Fitnes studiyası
  • Sauna və hamam (türk hamamı)
  • İstirahət ərazisi