Qəbələ Asfalt zavodu haqqında

XÜLASƏ

Gilan şirkətinin əsas məqsədlərindən biri Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına töhfə verməkdir. Respublikada tikinti materiallarına tələbat 1990-cı ildən indiyənədək görünməmiş səviyyəyə çatmışdır. Xüsusilə, asfalt daxil olmaqla, müvafiq materiallara olan tələbi stimullaşdırmaqla, ölkə üzrə yolların salınması və mövcud yolların bərpasına başlanmışdır.

Yeni Yollar-Yeni Zavodlar

"Gilan Asfalt Zavodu" Azərbaycanın müxtəlif rayonlarında yerləşən beş müəssisədən ibarətdir. Yevlaxda yerləşən zavodun istehsal həcmi saatda 160 ton, Qəbələ, Qazax, Qobustan və Lənkəranda yerləşən zavodların istehsal həcmi isə saatda 40 tondur. Xüsusilə vurğulamaq lazımdır ki, "Gilan Asfalt Zavodu" yerli əhali üçün iş imkanları yaratmaqla yanaşı, ölkədə asfalta olan tələbatın böyük hissəsini təmin edir.

Qəbələdə istehsal olunan asfalt Oğuz rayonu da daxil olmaqla, regiondakı yolların bərpasına istifadə olunur. Bu zavodda Ukraynanın Kremençuq şəhərindəki "Kredmaş" tərəfindən istehsal olunmuş DS-185 asfalt istehsal edən avadanlıqlardan istifadə olunur.

Paytaxtdan kənar

əraziləridəki yolların bərpasına sərf olunur. "Kredmaş" istehsalı olan DS-185 Qazax-Sınıq Körpü yolunun 35 km-lik hissəsinin yenidən salınmasını asanlaşdırmaq üçün quraşdırılmışdır. Texniki göstəricilərə görə müəssisədə istehsal olunan asfalt beynəlxalq keyfiyyət satndartlarına cavab verir. İşin keyfiyyətini yüksəltmək üçün Almaniyadan təcrübəli mütəxəssislər dəvət olunmuşdur.

Yexlax rayonunda yerləşən zavod istehsal gücünə görə Azərbaycan respublikasının ən böyük asfalt zavodu hesab olunur. Lənkərandakı zavod da "Kredmaş" istehsalı olan DS-185 qurğusu ilə təchiz olunmuşdur.