Crescent Hotel

XÜLASƏ

Gilan şirkəti sahilyanı Otel (Crescent otel), biznes mərkəzi (Crescent city), yaşayış binaları, ticarət və əyləncə mərkəzi daxil olan "Crescent" layihəsinin işləyib hazırlanması ilə məşğul olur.

Çoxməqsədli daşınmaz əmlak növü özündə 360 otaqlı altıulduzlu otel, 5 yaşayış və ticarət göydələnlərini birləşdirir. Kompleksə otaq və evdarlıq xidmətləri də daxil olmaqla, dəbdəbəli tam otel xidməti, ən son yeniliklərə malik 24 saat otaq və inzibati-təsərrüfat xidmətləri təklif edən 124 kondominium daxildir.

Cənubi Koreyada yerləşən "Heerim Architects and Planners" tərəfindən tərtib olunmuş Crescentin inşası Azərbaycanın Xəzər Plus sxeminin mühüm layihəsidir. Kompleks Xəzər dənizinin üzərində yüksələn ayparanı (Azərbaycanın milli simvolu) təmsil edir. Ayparanın cənnətə bənzər yerdə yerləşməsi ön hissədən Xəzər dənizinin panorama görünüşünü, arxa hissədən isə Bakının heyrətamiz görünüşünü əks etdirir. Kompleks Şərq və Qərb arasında keçid rolunu oynamaqla, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən simvol hesab edilir.

  • Ümumi sahəsi: 128 930,83m²
  • Ümumi Ərazinin Sahəsi (Ü.Ə.S.): 16 353,78m²
  • Tikinti sahəsi: 8 104,62 m²
  • Yuxarı sahə: 102 119,57m²
  • Yeraltı sahə: 39 335,69m²
  • Ümumi: 141 455,26m²
  • Mərtəbələr: 33M /3B
  • Dayanacağın tutumu: 601 nəqliyyat vasitəsi

İmkanlar

  • Beş restoran;
  • Bir rəqs zalı (1000 insan tutumu);
  • Gömrüksüz alış-veriş;
  • İki Üzgüçülük hovuzu (biri qapalı, biri açıq);
  • Sky Lounge (şəxsi klubla birlikdə);
  • Biznes mərkəzi və beş yığıncaq otağı;
  • Spa;
  • Fitnes mərkəzi və gözəllik salonu.