Gilan Pacific İnşaat haqqında

XÜLASƏ

Respublikada "Pacific İnşaat" adıyla fəaliyyət göstərən "GİLAN-TN" İnşaat Materialları" Şirkəti daxili və xarici bazarlar üçün bir sıra tikinti materialları və kimyəvi məhsullar istehsal edir. Bir sıra "Gilan Holdinq"ə daxil olan bir sıra şirkətləri özündə birləşdirən "Pacific İnşaat" Azərbaycan şirkətləri üçün beynəlxalq biznes əməkdaşlığını inkişaf etdirmək məqsədilə yaradılmışdır.

"Pacific İnşaat" ilkin olaraq aşağıdakı sahələrdə fəaliyyət göstərir:

  • Kimyəvi inşaat maddələri və boya istehsalı;
  • Genişləndirilmiş Polistirol (XPS) İzolyasiya Lövhəsinin istehsalı;
  • Gilan Sendviç Paneli istehsalı;
  • Gilan Gips istehsalı;
  • Gilan Kalsit istehsalı.

"Pacific İnşaat" kompleksinin təməl 2007-ci ildə qoyulmuşdur. Həmin vaxtdan bugünədək müəssisə bir sıra sənaye layihələrini həyata keçirmişdir.

Kimyəvi İnşaat Maddələri və Boya İstehsalı

Kimyəvi inşaat maddələri və boya istehsalı bölməsi 2009-cu ildə fəaliyyətə başlamış, Almaniya və Türkiyədən gətirilmiş yüksək texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Müəssissnin 3000 m2 sahədə yerləşən kimyəvi inşaat maddələri və boya istehsalı bölməsi əsasən üç şöbədən ibarətdir:

Toz İstehsalı Sahəsİ

Toz istehsalı sahəsi kafel yapışdırıcısı (sebond, paraflex); izolyasiya materialları (izolir 901, 902, UV); tikinti dolğuları (Ardol flexar); beton möhkəmləndiricisi (paskret st100 tx, F, T); və beton qatılaşdırıcısı (arcon) daxil olmaqla, sement kimyəvi inşaat materialları istehsal edir.

Müəssisənin əsas istehsal sahələri bunlardır: iki qablaşdırıcı maşın (1 kq və 5kq-lıq tikinti dolğusu istehsalında); 80 tonluq xam material anbarı; yüksək təzyiqli yükləyicilər; rütubət azaldanlar; hündürlüyü 27 m olan polad silosu. Müəssisənin ümumi toz istehsalının illik həcmi 30000 tondur.

Beton Əlavəsi və Tamamlama Məhsulları Zavodu

Bu zavod əsasən B-Tərkibli (maye) beton qarışığı; PVA-tərkibli izolyasiya materialları; bundan başqa donma əleyhinə qatqı (Melkret 800, 200K, donma əleyhinə Lubrand) və ləngidici qatqı (Melkret 500, 200) istehsal edir. Zavodda il ərzində ümumilikdə 11000 ton plastikləşdirici, super-plastikləşdirici, sürətləndirici və digər polimer tərkibli beton qatqıları istehsal olunur. Həmin məhsulların estetik görünüşünə xüsusi diqqət yetirilir və həmin beton qarışığının tərkibi optimallaşdıraraq, inşaat şirkətlərinə və beton istehsalçılarına satılır.

Boya İstehsalı Müəssisəsİ

Bu müəssisə "Marşal" (AZKO-Nobel beynəlxalq şirkətindən alınan lisenziya əsasında) boyalarının istehsalı da daxil olmaqla, su tərkiblı boyalar (emulsiya) istehsal edir. Müəssisə Türkiyə, İran, Çin və Rusiya da daxil olmaqla, xarici ölkələrdən xam material ixrac edərək, ildə 4500 ton boya istehsal edir.

Pacific XPS İzolyasİya İstehsalı Zavodu

Xarici görünüşü ilə diqqəti cəlb edən, 1,500m² sahəni əhatə edən bu müəssisədə əsasən XPS (genişləndirilmiş polistirol) panelləri istehsal edir. Həmin panellər binanın fasadının termal səmərəliliyini artırmaq üçün nəzərdə tutlmuşdur. Bu panellərin quraşdırılması sayəsində binanın istilik xərclərinin 45-50% azaldığı sübut olunmuşdur. Zavod ildə 30000m³ panel istehsal edir.

Gİlan Goranboy Gİps Zavodu

Ətraf mühitin təsirini azaltmaq və təhlükəsizliyi artırmaq məqsədi ilə yaradılan bu zavod ən son inkişaf etmiş istehsal müəssisələrini özündə birləşdirir. Burada aqreqatlı gips, tikinti gipsi, astarlıq gips, ara dolğuları, gips lövhələr və asmalar, habelə digər gips tərkibli çeşidli məhsullar istehsal edilir. Zavod Qafqazda ən böyük gips tərkibli tikinti materialları istehsal edən müəssisələrdən biridir.

Qeyd etmək lazımdır ki, Gilan Goranboy Gips zavodunun istehsal etdiyi məhsulların keyfiyyəti Rusiya, Türkiyə və Almaniya laboratoriyalarının müstəqil ekspertləri tərəfindən təsdiqlənmişdir. Zavodun müasir texnologiyalara sahib laboratoriyalarında məhsulların sınaqdan keçirilməsi, onların beynəlxalq standartlara uyğunluğunu və tələb olunan sertifikatla təltif edilməsini təmin edir.

Gilan Goranboy Gips Zavodu

  • Əsası qoyulmuşdur: 2005-ci il
  • Yerləşdiyi ərazi: Goranboy rayonu
  • Kalsit ərazisi: Qazax rayonu
  • Karxananın yerləşdiyi ərazi: Yuxarı Ağcakənd
  • Zavodun sahəsi: 10ha
  • Karxananın həcmi: 10ha
  • İllik istehsal həcmi: 300 000 ton gips və quru qatışıqlar
  • Gündəlik istehsal həcmi: 250 ton

Gİlan Goranboy Kalsİt Zavodu

Zavod əsasən gips qatışıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. "Gilan Kalsit Sahəsi"ndən xam materialla təmin olunan zavod gündəlik 250 ton mineral istehsal gücünə malikdir. İstehsal olunan mineralın 100 tonu "Gilan Goranboy Gips zavodu" tərəfindən, 50 tonu isə "Pacific İnşaat" daxil olmaqla, digər Gilan istehsal müəssisələri tərəfindən istifadə olunur. Yerdə qalan 100 ton məhsul isə digər müəssisələrə satılır.

Gİlan Sendvİç Panelİ

Sendviç panelləri izolyasiya edilmiş köpük qatı ilə örtülən iki konstruksiya lövhəsindən ibarətdir. Bu lövhə örtük materialından və ya istiqamətlənmiş telli lövhədən ibarətdir (OSB). Daxili köpük isə ya genişləndirilmiş polistirol (XPS) köpüyündən və ya poliuretan (PE) köpüyündən ibarətdir.

Panellər izolyasiya, buxar və hava bariyerləri vasitəsilə ilgəklər, dirəklər kimi bir sıra adi tikinti materiallarını əvəz etmək üçün nəzərdə tutulub. Sendviç panellərdən istifadə olunması binaların əməliyyat xərclərini xeyli azaltmaqla yanaşı, standart strukturdan daha hündür izolyasiya olunmuş tikintilər inşa etməyə imkan verir. Bu panellərdən istifadə, eyni zamanda, tikinti müddətini də azaldır.

Beynəlxalq keyfİyyət panellərİ

Panellər enerji sərfiyyatını azaltmaqla, müasir yaşayış binaları və ofis bloklarının tikintisində istifadə edilir. Bütün panellərin istehsalında İtaliya inşaatçılarının istehsal təcrübəsinə uyğun olaraq ən son texnoloji nailiyyətlərdən istifadə edilir. Həmin məhsulların beynəlxalq standartlara uyğunluğu ixtisaslı mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
Zavodda qalınlığı 40-60 mm arasında dəyişən müxtəlif panel növləri buraxılır. Zavodda, eyni zamanda, yanğınadavamlı panellər də istehsal olunur.