LOTOS CO LTD şirkəti haqqında

XÜLASƏ

"Lotos Co. LTD" şirkəti "Gilan Holdinq" və "MKT" şirkətinin iştirakı ilə 1995-ci ildə Azərbaycan, Bakıda təsis edilmişdir. Şirkət payaların qazma üsulu ilə tikilməsi, şırnaqlı sementləmə, şpunt vurma, anker quraşdırma və torpaq qazma işlərində ixtisaslaşır. Təsisdən sonrakı ilk illər şirkət müxtəlif işgüzar fəaliyyətlə məşğul olmuşdur, 2006-cı ildə isə onun tikinti bölməsi uğurla fəaliyyətə başladı. Təsis edildiyi andan etibarən şirkətimiz qiyməti 500000-dən 50 000000 ABŞ dollarına qədər olan bir çox layihə həyata keçirmişdir.

Paya Tİkmə İşlərİ

Şirkət diametri 4500 mm, uzunluğu isə 105 m qədər olan payaların tikilməsi ilə məşğul olur (qruntun strukturundan asılı olaraq paya quyuların qazılması qazma məhlulu ilə aparıla bilər).

Cet-Qrautinq

450 bara qədər təzyiq altında aparılır (Cet-Qrautinq I, II və III).

Anker quraşdırma İşlərİ

100 t dartılma gərginliyinə davam gətirən qrunt ankerlərinin 50 m qədər dərinliyə quraşdırılması

Quruda və dənizdə şpunt İşlərİ

Müxtəlif növ şpuntların 30 m qədər dərinliyə vurulması ilə məşğul olur

Torpaq qazma İşlərİ

Hər növ qrunt şəraitində 40 m qədər dərinliyə torpaq qazma işləri

Sınaqların aparılması

Şirkət aşağıdakı sınaq növlərini aparır: payaların bütövlük sınaqları, quyular arası ultrasəs sınaqları, Osterberq qurğusu ilə 8000 t qədər yükləmə sınaqları (O-hücrəsi), payaların vertikallıq sınaqları (Jan Luts metodu ilə), statik oxu yükləmə sınaqları (2,200 t qədər).