Lənkəran Konserv Zavodu haqqında

XÜLASƏ

Əsası 2010-cu ildə qoyulan Gilan Lənkəran Konserv Zavodu MMC Azərbaycanın cənubunda 2 hektarlıq ərazidə yerləşir. Zavod Padovan (İtaliya) şirkətinin öncül texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti var. Həmçinin müəssisədə meyvə püresi və aseptik dolumlu tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsullar “Bağdan” ticarət nişanı ilə istehsal edilir.

Məhz yüksək keyfiyyət və unudulmaz dadına görə Gilan Lənkəran Konserv Zavodu məhsulları beynəlxalq sərgilərdə qızıl medal və diplomlarla təltif edilmişlər. Bunlar etibarlı təchizatçı reputasiyasının formalaşmasına zəmin yaradır. Daxili bazarla yanaşı məhsullar həm də xarici ölkələrə ixrac edilir. Bunlar: MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya.