Gilan dəyirmanları haqqında

XÜLASƏ

Bakıda 13 hektar sahəni əhatə edən, regionda ən yüksək texnoloji avandalıqlarla təsis edilmiş "Gilan" şirkətinə məxsus "Araz" dəyirmanı fəaliyyət göstərir. 2005-ci ildən fəaliyyətə başlayan dəyirman yüksək keyfiyyətli məhsul istehsalını təmin edən Uğur Makina türk şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilmiş və bu dəyirman optimal səmərəliliyi təmin etmək üçün nəzərdə tutulmuşdur.

Dəyirmanda həyata keçirilən bütün əməliyyatlar, taxılın təmizlənməsi, nəmləndirilməsi və üyüdülməsi Proqramlaşdırıla bilən Məntiqi nəzarət qurğusu (PLC) tərəfindən idarə olunur. Taxılın qəbul edilməsindən tutmuş, hazır məhsulun tamamlanmasına kimi istehsal prosesinin hər bir elementinə birbaşa operatorun otağından nəzarət edilir. Hazır məhsullar bu zaman gigiyena qaydalarına əməl edilməklə və əmək tələbləri minimallaşdırılmaqla avtomatik şəkildə qablaşdırılır.

"Araz" dəyirmanında əlavə olaraq birinci və ikinci növ yüksək keyfiyyətli un istehsal edilir. Burada saxlama xidmətləri həyata keçirilir. "Gilan" məhsulları keyfiyyətə nəzarət olunmaqla "Jalə" ticarət markası altında pərakəndə satışa çıxarılır. Sahədə 45000 ton taxılın saxlanması üçün şərait var və gün ərzində maksimum 500 ton istehsal gücünə malikdir.

"Gilan" Bakının şimal hissəsi olan Xırdalanda yeni dəyirman tikir. Ərazidə yel dəyirmanı və gün ərzində 1000 ton ümumi məhsul istehsalına imkan verəcək 11 hektar sahədə yerləşən taxıl anbarı tikiləcək.

"Araz" dəyirmanı (Bakı)

  • Əsası qoyulmuşdur: 2005;
  • Ərazi: 13ha;
  • Ümumi istehsal həcmi: gün ərzində 500 ton;
  • İstehsal: Əla növ un, 1-ci və 2-ci növ, kəpək.

Xırdalan dəyirmanı

  • Əsası qoyulmuşdur: 2010 (tikintisi davam etdirilir);
  • Ərazi: 11ha;
  • Ümumi istehsal həcmi: gün ərzində 1000 ton;
  • İstehsal: Əla növ un, 1-ci və 2-ci növ, kəpək.