Bakı CD emalı zavodu haqqında

XÜLASƏ

2005-ci ildə təsis olunan Bakı CD zavodu Moskva və Kiyevdə digər zavodları yerləşən "Gilan" şirkətinin üçüncü kompakt disk zavodudur. Bakı CD zavodu Azərbaycanda açılan ilk belə məhsul istehsal edən zavoddur. Zavod Alman şirkəti Singulus tərəfindən istehsal olunan tam avtomatik sistemli kompakt disk istehsal edən II istehsal xətti ilə təchiz edilmişdir. Sistemə Yaponiyanın fanus istehsalçısı və Amaniyanın Siemens şirkətinin istehsalı olan Proqramlaşdırıla bilən Məntiqi Nəzarət qurğuları (PLCS) daxil edilmişdir. Bu sahə həmçinin digərləri arasında Piovan (İtaliya), E-Mould (Niderland) və Boge (Almaniya) şirkətləri tərəfindən mütəxəssis avadanlıqları ilə təchiz edilmişdir.

Zavod üç saniyədə bir CD istehsal edə bilən, beş matris istifadə edərək maksimum 23000 CD istehsal həcminə malik olmaqla, 24/7 sisteminə müvafiq fəaliyyət göstərə bilər. CD səthi üzərinə məlumatın köçürülməsi saniyədə bir CD-ə köçürməni təmin edən Hanky Ofset Çap makinası (HPO) istifadə etməklə həyata keçirilir.

OVERVIEW

CD hazırlanma prosesi ilkin olaraq müştəri tərəfindən həyata keçirilir və sonradan matris istehsalı üçün Rusiya və ya Türkiyəyə müraciət edilir. Presləmə mərhələsinə 0.85 bar təzyiqlə preslənərək matriksin lakla təmizlənməsini əhatə edən sistem daxildir. Normalda bir matriksdən 50000 CD istehsal oluna bilər.

CD üzərinə yazının çap edilməsi dizaynı iki mərhələdən ibarətdir, bunlara lövhələrin orijinal incəsənət maketinin hazırlanması və HPO makinasında çap edilməsi daxildir. Ultra-bənövşəyi işıqdan istifadə etməklə mürəkkəb qurudulur. Bu, həmçinin CD üzərinə şəffaf lak daxil olmaqla, bir çox haşiyələrin çap edilməsinə şərait yaradır. Ofset çap etmə sistemi ümumilikdə xüsusi çap metodlarını həyata keçirmək üçün üç mərhələdən ibarət olmalıdır. Prosesdə istifadə edilən Yaponiya istehsalı olan mürəkkəb suya davamlı olmalıdır.

Bakı CD zavodu CD istehsalında ən son istehsal olunan polikarbonatlardan istifadə edir. Bütün istehsal edilən məhsullar üzərində CD mərkəzinin yanında "Gilan" sözü yazılmaqla tam orijinal hesab edilir. Bundan başqa, CD-lərə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən keyfiyyət sertifikatı verilmişdir. İstehsal keyfiyyəti sertifikatı illik qaydada qiymətləndirilir.

  • Təsis edilmişdir: 2005;
  • İstehsal xətti: Skyline II;
  • İstehsal növləri: Audio, MP3, VCD, məlumatın format edilməsi;
  • Fəaliyyət göstərdiyi ölkələr: Azərbaycan, Rusiya, Ukrayna;
  • Maksimum həcm: gündə 23000 CD.