Qafqaz Park Hotel haqqında

XÜLASƏ

Qafqaz Park Oteli Bakının mərkəzinə yaxın ərazidə yerləşən dördulduzlu 52 otaqdan ibarət kiçik oteldir. Bütün otaqlarda kondisioner, yüksək sürətli İnternet rabitəsi, kiçik bar, telefon, və LCD televizorlar mövcuddur.

Otel imkanlarına həm yerli, həm də dünya mətbəxinin çeşidli menyusunu təklif edən Qafqaz restoranı; biznes toplantıları, təqdimatlar və banketlər təşkil etmək üçün ən son texnologiya ilə təchiz olunmuş 10-60 nəfərlik yığıncaq və konfrans otaqları; yarı-Olimpik üzgüçülük hovuzu, sauna, türk hamamı və masaj mərkəzi daxildir.